!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azov dənizində savaş başlayır? Rusiya hərbi gəmiləri Ukrayna gəmilərinə müdaxilə etdi

!Reklam – Yazi

Rusiya döyüş gəmiləri Krım sahillərində Ukrayna hərbi gəmilərinə müdaxilə edib.

Yenicag.az xəbər verir ki, buna səbəb kimi Ukrayna gəmilərinin Rusiya sularına icacəsiz daxil olması göstərilib.

Gəmilərin Kerç boğazı istiqamətində icacəsiz hərəkət etməsiylə bərabər təhlükəli manevrlər etdiyi də bildirilib.

FSB-in bəyanatında, “Rusiyanın ərazi sularında Ukrayna gəmilərinin 5 saat ərzində təxribata davam etməsi, bölgədəki Ukrayna gəmilərinin məqsədini birüzə verir. Onlar qəsdən münaqişə yaratmaq istəyir” – deyə qeyd edilib.

Ukrayna Donanması tərəfindən verilən açıqlamada orduya aid iki zirehli döyüş gəmisi və Odessa dəniz gəmisinin Azov dənizində Mariupol limanına getmək istədikləri bildirilib.

Gəmilərin Mariupola təhlükəsiz keçməsi üçün lazım olan məlumatın beynəlxalq dəniz qaydalarına uyğun olaraq vaxtında verildiyini bildirən Ukrayna tərəfi, gəmilərin dörd rus gəmisinin hücumuna məruz qaldığınıı vurğulanıb.

“Rus döyüş gəmisi “Don”, Ukrayna gəmilərindən birinə müdaxilə etdi. Nəticədə gəminin əsas mühərriki və digər bir neçə önəmli detalları zədə aldı. Rusiya beynəlxalq qaydalara zidd hərəkət edir. Bütün bu qanunsuzluqlar tərəfimizdən qeyd edilib və beynəlxalq təşkilatlara təqdim ediləcək” – deyə Ukrayna ordusundan bildirilib.

COP29

www.yenicag.az

4577
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv