!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Aztelekom" yalanlarla digər provayderləri bazardan sıxışdırır: Vətəndaşlar aylar öncə necə aldadılıblar?

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, məcburi qiymət artımı edən internet provayderləri bölgələrdə infrastruktur işlərinə aylar əvvəldən başlayıb.

Belə ki, çox bölgədə vətəndaşlar digər provayderlərlə müqavilə əsasında ödəniş edərək internet xətti çəkdirib və münasib qiymətə internetə çıxış əldə ediblər. Qiymət artımı ilə bağlı heç bir açıqlama verilməmişdən aylar əvvəl isə “Aztelekom” başda olmaqla, digər provayderlər yeni xətlərin çəkilişinə başlayıblar. Vətəndaşlara isə onların istifadə etdiyi provayderlərin bölgədən çəkiləcəyi, xətlərin ləğv olunacağı bildirilib.

Maraqlısı isə budur ki, məsul şəxslər insanlara müqavilə bağladıqları provayderlə müqaviləni ləğv etməyi təklif ediblər. Bir çox insan “15 manat ödəyirəm, 3 manat artıq ödəyə bilərəm” düşüncəsi ilə müqaviləsini ləğv edib sözügedən şirkətlərlə yeni müqavilə bağlayıb. Bir neçə ay sonra isə internet qiymətləri artırılıb.

Müxtəlif bölgələrdən gələn bənzər şikayətlər bunun provayderlər tərəfindən düşünülərək həyata keçirildiyini sübut edir.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

COP29

www.yenicag.az

1486
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv