Şəkidə bədbəxt hadisə baş verib.
Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki rayonunda bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.