!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azyaşlıların və yeniyetmələrin əməyə CƏLB EDİLMƏSİ: İşəgötürənləri hansı cəza gözləyir?

!Reklam – Yazi

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində işə qəbulla əlaqədar yaş həddi var və bu yaşdan aşağı olan şəxslərin işə qəbul edilməsi qadağandır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında azyaşlı və yeniyetmələrin məcburi əməyə cəlb edilmsi və bunun yaratdığı məsuliyyət haqda danışan hüquqşünas Azər Quliyev deyib.

Onun sözlərinə görə, azyaşlı və yeniyetmə uşaqların işə cəlb edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir:

“Bu gün Azərbaycanda müxtəlif iş yerlərində – kafe və barlarda, avtomobil yuma məntəqələrində, yükdaşımada, şadlıq evlərində və başqa yerlərdə azyaşlı uşaqların işə cəlb edilməsinə rast gəlinir. Azyaşlı və yeniyetmə uşaqların işə cəlb edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllə və digər qanunvericiliklə nəzərdə tutulan qaydalardan fərqli olaraq azyaşlı və ya yeniyetmələrin işə cəlb edilməsi qadağandır və məsuliyyət yaradır. Azyaşlı və ya yeniyetmə uşaqların əmək münasibətlərinə cəlb edilməsi yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilə bilər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində işə qəbulla əlaqədar yaş həddi var və bu yaşdan aşağı olan şəxslərin işə qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, yalnız 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz. Əmək, peşə vərdişlərinin və əmək stajının az olması və fizioloji vəziyyəti ilə bağlı olan amillər nəzərə alınaraq Əmək Məcəlləsi ilə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri və onlar üçün müvafiq güzəşt təminatlar-qısaldılmış iş vaxtı, işə qəbul, işdə saxlanmaq hüququ, əməkhaqqı, məzuniyyət hüququ, ixtisarlar zamanı üstünlük hüququ, əməkhaqqında güzəştlər nəzərdə tutulur”.

Hüquqşünas qeyd edib ki, bəzi əmək sahələrində yaşı 18-dən aşağı olan şəxslərin işlədilməsi ümumiyyətlə qadağandır:

“Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.

Yaşı 18-dən az olan işçiləri gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla 15 yaşından az yaşı olan şəxslərlə əmək münasibətlərinə daxil olmaq, onlarla Əmək müqaviləsi başlayan işəgötürənlər üçün müvafiq qaydada intizam, maddi, inzibati və cinayət məsuliyyəti yaradır”.

İsmayıl Bakuvi

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv