Reklam: High Technic
hightechnic

Azyaşlını vəhşicəsinə döyən "tərbiyəçi" ilə bağlı məhkəmə qərarı - VİDEO

Yasamal Rayon Məhkəməsində “Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona bir il sınaq müddəti təyin olunmaqla, barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib./Oxu.az/

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılmışdı.

www.yenicag.az

7454