!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“...bacarmırsansa niyə yaxanda o nişanı gəzdirirsən?” - Deputata cavab

!Reklam – Yazi

DAK icra aparatının rəhbəri Samir Adıgözəlli  Tahir Kərimlinin Dövlət himninin sözlərini və musiqisini mərsiyəyə bənzətməsinə münasibət bildirib.

Yenicag.az Samir Adığözəllinin məsələyə münasibətini təqdim edir:

“Azərbaycanın Dövlət himni ilə bağlı ayrı-ayrı vaxtlarda yersiz müzakirələr açılmış və milli dəyərlərimizi hədəf götürən bəziləri Dövlət himnimiz haqqında da xoşagəlməz fikirlər bildirmiblər.

Təəssüflər olsun ki, bu xoş olmayan ifadələr Parlamentimizdə bəzi millət vəkilləri tərəfindən də səsləndirilməkdədir.

Bu günlərdə Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətnin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun müzakirəsi zamanı millət vəkili Tahir Kərimli tərəfindən himnimizi aşağılıyan ifadələr işlənilib. O, Dövlət himninin sözlərini və musiqisini mərsiyəyə bənzədib. Eyni zamanda himnin uzun olduğunu və qısaldılmasını təklif edib. Onun iddiasına görə himnimiz 4 dəqiqədir və bu yorucudur, digər dövlətlərin himnlərinin 2, 2.5 dəqiqə olduğunu və buna görə də biz də himnimizi qısaltmalıyıq: ideyası ilə deputat Kərimli çıxış edib.

Əvvəla bu deputatın nəzərinə çatdırmaq isdəyirəm ki, himnimiz 4 dəqiqə deyil 2 dəqiqə 13 saniyədir. Məsəl üçün Rusiya Federasiyasının himni 3.46 saniyə, Fransanın Dövlət himni 5.20 saniyədir.

Tahir Kərimli! Sən əvvəla bilməlisən ki, dövlətlərin himnləri dünya praktikası ilə deyil, hər millətin milli azadlıq məfkurəsi ilə yazılır. Daha sonrası parlamentində əyləşdiyin ölkənin himninin dəqiqəsi haqqında məlumatsız olmağın bir yana, sən dediyin o 4 dəqiqəni də ayaq üsdə durmağı bacarmırsansa niyə yaxanda o nişanı gəzdirirsən? Təəssüflər olsun ki, Üzeyir Hacıbəyov, Əhməd Cavad zirvələrinin ətəyinə belə yaxın düşə bilməyənlər gün bu millətə siyasi-idioloji dərs keçib, yol göstərirlər. Yüzlərlə problem bu deputatın gözünə görsənməyib Dövlət himnimdə qüsur axtarır. Cumhuriyyətdən bizə miras qalan Dövlət himnimizə, Dövlət Bayrağımıza kiminsə dil uzatmağına imkan verilməməliyik”.

COP29

www.yenicag.az

4749
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv