Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalandı - FOTO

media-hightechnic-468x90

Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb.

media-banner_tkm

Bu barədə Yenicag.az Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir.

Qeyd edilib ki, Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər.

Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in imzalanma mərasimi keçirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05