“Bacıma sataşdı, səni istəyirəm dedi, vurdum” – VİDEO

unnamed (1)“Dedi ki, əcəb eləmişəm, mən də vurdum”

“3 bala məndə, 3-ü bacımda yetim qaldılar”

ARB TV xəbər verir ki, polis Abşeron rayon sakini olan 34 yaşlı Şahin Məmmədovu kirayənişi Yavər Babayevi bıçaqladığı üçün saxlayıb. Özünün dediyinə görə, Yavərin sağlamlığına bacısına zəng etdiyi üçün qıyıb.

Bacısının həyat yoldaşı bu yaxınlarda dünyasını dəyişib və bundan sonra qardaş onu 3 övladı ilə birgə öz himayəsinə götürüb. Şahin Məmmədovun evində kirayədə qalan Yavər Babayev isə Şahin Məmmədovun bacısıoğlundan anasının nömrəsini alıb. Daha sonra isə qadına zəng edib. Bundan xəbər tutan Şahin bıçağa əl atıb.

Şahin əməlindən peşman olduğunu bildirib:
“Kiminsə bacısına sataşan bu cəzanı almalıdır. Zəng edib bacıma deyib ki, səni istəyirəm. Bacımın da yoldaşı rəhmətə gedib. Gəlib çağırdım həyətə, dedim ki, sübut elə. Bacım dedi ki, uşaqlıq edib, qələtdir edib, heç nə eləmə. Yavər də dedi əcəb eləmişəm. Mən də əsəbiləşib vurdum. Peşmanam. 3 bala məndə, 3 bacımda yetim qaldı. Bir də onun anası”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.