!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bacısı ölən Xalq artistindən TƏBİB-in açıqlamasına REAKSİYA: “Cəhənnəm olun, görüm sizin də…”

!Reklam – Yazi

“TƏBİB deyir ki, bacım peyvənddən ölməyib. Cəhənnəm olsun hamısı…”

Bunu Yenicag.az-a Xalq artisti, tanınmış müğənni Zümrüd Məmmədova bacısı, AzTV-nin rejissoru Arzu Məmmədovanın ölüm səbəbinin vaksindən olmaması ilə bağlı TƏBİB-in açıqlamasına cavab olaraq deyib.

Sənətçi əsəblərinə hakim ola bilmədiyini bildirib:

“Bu gün də poliklinika deyib ki, bacım zəhərlənib. Əl çəkin də bizdən. Artıq əsəblərim dözmür, onsuz da dərd içindəyəm. Ay əri komada idi, korona idi. Yalan söhbətdir. Əri gördü ki, yoldaşı gözünün qabağında məhv olur, ürəyi partlayıb öldü. Bir gün əvvəl Təngaltıda dincəlirdilər, fotoları var məndə. Rədd olsun TƏBİB də, təcili yardım da. TƏBİB deyir ki, bacım peyvənddən ölməyib. Cəhənnəm olsun hamısı. Mən bacımı və bacımın ərini itirmişəm. İki yetim uşağı gözümün içinə baxır. Bilmirəm, onlara nə cavab verim. Gözümün qabağında öldü bacım. Vaksindən oldu. Respublika Xəstəxanasına getdi, dedi ki, allergiyam var, mənə vaksin olmaz. Onlar da yoxlayıb, sənəd veriblər ki, bəli, sənin allergiyan var, get poliklinikada təsdiq etdir. O da gedib 19 saylı poliklinikaya, deyiblər, bir həftə müalicə edəndən sonra sənə vaksin vuracağıq. Bu allergiyanın dünyada heç müalicəsi yoxdur. Bir həftədən sonra buna vaksin vurdular və qıc oldu, dili qatlandı. Gözüm baxa-baxa öldü. Zəng etmişdi ki, halım pisdir, təcili yardım çağırın. Təcili yardım çağırdıq, gəlib çıxmadılar. Onun dadına çatmayanlar tezliklə bacımın dalınca getsinlər, onların da balaları bacımın balaları kimi yetim qalsın”.

Qeyd edək ki, Xalq artisti Zümrüd Məmmədova Yenicag.az-a açıqlamasında bacısının vaksin səbəbindən dünyasını dəyişdiyini bildirib.

Cəvahir

www.yenicag.az

4000
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv