Bacısından Niyama ULTİMATUM: “Mesaj yazdı ki, neynirsən elə...”
“İkinci bacım mənə elə bir mesaj yazdı ki, bu tənbehi ancaq bacım edə bilərdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Niyam Səlami “İncəSəhər” verilişində deyib.
O, bacısının bir zəngi ilə saçını qırxdırdığını bildirib:
“İkinci bacım mənə elə bir mesaj yazdı ki, bu tənbehi ancaq bacım edə bilərdi. Əvvəlcə çox pis oldum. Dedi, müğənnisən nəsən, özün bilərsən, amma neynirsən et, saçını qırxdır. Başa salmağa çalışdım ki, ay bacı, sən axı bilirsən mənim saçımda seyrəklik var. Dedim, bacımın sözünə görə bunu etməliyəm. Çünki bacım kənddə yaşayır, bəlkə bunu ona deyirlər, o da xəcalət çəkir. Dedim, bacımın başı uca olmalıdır. Necə ki, biz qardaşlar bacılarımın adına yaşamışıq. Çünki qeyrət-namus anadan-bacıdan başlayır. Dedim, baş üstə. Qərar verdim və saç əkdirdim”.
Nehru













