Bakı şəhəri Səbai rayonu Badamdar şosesinin sürüşmə olan ərazisində uzun fasilədən sonra yenidən tikinti işləri bərpa edilərək restoranlar tikilməyə başlayıb.
Görəsən bu sahibkarların havadarları kimlərdir? Bu ərazidə yaşayan vətəndaşların təhlükəsizliyini düşünən yoxdurmu?
Bu ərazidə kimsə özünə məxsus olan mənzildə təmir aparan zaman İcra Hakimiyyətinin əməkdaşları başda olmaqla , bütün dövlət qurumlarının əməkdaşları gəlirlər ki, burada təmir-tikinti işləri aparmaq olmaz.
Bəs necə olur ki,evin içindəki təmirdən belə xəbərdar olan qurumların əməkdaşları, sürüşmə ərazisində böyük texnikalarla aparılan tikintini görmürlər? Dəfələrlə Səbail Rayonu İcra Hakimiyyətinin səhifəsinə müraciət etmişəm, gəlib baxacaqlarını bildirsələr də heç kəs bu məsələ ilə maraqlanmaq istəmir.
Nəzərinizə çatdırım ki,həmin ərazinin aşağı hissəsi həyat evləri ilə doludur və sürüşmə olduğu halda bu evlərlə bərabər yüzlərlə insanda torpağ altında qalaraq can verəcək. (Onder.tv)
www.yenicag.az