!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağçalının PKK çıxışı və Ankaradakı TERROR AKTI: “Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var”

!Reklam – Yazi

“Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı birinci dəfə deyil ki, terrorçu Abdullah Öcalanla bağlı çıxış edir. Təxminən 10-15 gün öncə Bağçalı bildirmişdi ki, Öcalan tutulanda dövlətə və millətə xidmət edəcəyini deyirdi. İndi də dövlətə xidmət etsin və gedib terrorçu qruplaşmaya desin ki, silahları yeri qoyub evlərinə getsinlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib.

Siyasi təhlilçi MHP başqanının PKK-nın silahı yerə qoyması ilə bağlı çıxışından sonra ötən gün Ankarada baş verən terror aktı haqqında fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu D. Bağçalının A.Öcalanın tutulan zaman verdiyi sözə əməl etməsi ilə bağlı dediklərinin təkrarıdır:

“Eləcə də Bağçalının DEM Partiyasına ismarışı bu idi ki, regionda vəziyyət gərgindir və bu gərginliyə PKK problem yaradır, habelə Türkiyənin ehtiyacı olmayan gərəksiz bir istiqamətə güc sərf etməsinə səbəb olur. Digər tərəfdən, Suriya və İraqdakı PKK və onun ətrafına toplaşan terrorçular təkcə aid olduqları qrupu deyil, eləcə də kənar qüvvələrin maraqlarını da təmsil edirlər”.

Siyasi ekspert hesab edir ki, dünən Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Ankaradakı qərargahında baş verən terror aktı təkcə A.Öcalanın sərbəst buraxılması, eləcə də PKK-nın sözügedən terroru dayandırması ilə bağlı deyil:

“Bu, həm də Türkiyənin regionda tutduğu mövqeyə bağlı xarici qüvvələrin Ankaraya mesajıdır. İkincisi, hadisənin TUSAŞ-da baş verməsi o deməkdir ki, dünyadakı silah satışı və hərbi texnika bazarında Türkiyənin mövqeyindən narahat olanlar bu əməliyyatı törədiblər. Üçüncü bir məsələ isə PKK ilə Türkiyə, yaxud kürdlərlə Türkiyə hakimiyyəti arasındakı gərginliyin azalmasına qarşı olan qüvvələrlə bağlıdır və onlar da bu hadisələri törədə bilərllər ki, kürdlərlə türklər arasında gərginlik daim olsun və bundan Türkiyəyə qarşı istifadə etsinlər”.

“O ki qaldı Türkiyənin Suriya və İraqın şimalında əməliyyatlar keçirməsinə, bu, az qala, Türkiyənin hər gün keçirdiyi əməliyyatlardır. Çünki Türkiyə regiondakı beynəlxalq güclərə, eləcə də region ölkələrinə – İran, İraq və digər ölkələrə bildirib ki, Suriya və İraq ərazisindən Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi təhdid olunur. Ona görə də hər iki ölkə arasında 32 kilometrlik baryer yaratmaq məsələsini qarşı tərəfə təqdim etdi. O cümlədən Türkiyə təhlükəsizliyini təhdid edən qüvvələrə qarşı əməliyyatlar keçirdi. Dünənki əməliyyatlar isə adıçəkilən prosesin davamıdır”, – o, əlavə edib.

S. Soltan əmindir ki, bu, həm də Türkiyədə PKK-nı dəstəkləyən qüvvələrlə bir ismarışdır ki, Ankara heç vaxt terrorçularla bir masa arxasında oturmayacaq:

“Türkiyə regiondakı terrorçulara qarşı daim sərt mübarizə aparacaq. Bu günlərdə İraqın şimalındakı kürd muxtariyyətinin baş naziri Məsrur Bərzani Türkiyəyə səfər etmişdi. O, bildirmişdi ki, Türkiyə kürdlərə qarşı yox, terrorçu PKK-ya qarşı mübarizə aparır. Əgər PKK, doğrudan da özünü kürd sayırsa, o zaman Türkiyə ilə müharibəni bitirməlidir. Deməli, PKK-nın Türkiyəyə qarşı apardığı müharibənin arxasında təkcə kürdlər deyil, fərqli qüvvələr dayanır və PKK, o cümlədən, bu terroru törədənlər həmin qüvvələrin əlində alətdir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv