Bağlanan özəl universitetin binası BDU-ya verildi

media-hightechnic-468x90

Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.

media-banner_tkm

Yenicag.az APA-ya istinadən xəbər verir ki, yaxın vaxtlarda həmin fakültələr keçmiş Bakı Asiya Universitetinin binasına köçürülüb.

BDU bu faktı təsdiqləyib. Həmçinin vaxtilə Bakı Asiya Universitetinin yerləşdiyi binanın üzərinə “Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb.

Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05