Bağlanış mərasimində 20 min İspaniya fişənglərindən istifadə olunacaq

media-hightechnic-468x90

fisengbaglanisI Avropa Oyunlarının bağlanış mərasimi zamanı istifadə olunacaq fişənglər İspaniyanın “Ricasa” şirkəti tərəfindən hazırlanıb.

Yenicag.az  APA-ya istinadən xəbər verir ki, bu haqda İspaniyanın RTVE telekanalı məlumat yayıb.

Fişənglərin hazırlandığı zavod Valensiya yaxınlığındakı Olokau şəhərində yerləşir. Şirkətdən bildiriblər ki, Azərbayacana göndərilmiş 20 min fişəngdən stadionun həm daxilində, həm də ətrafında istifadə olunacaq.

“Hazırladığımız məhsulları belə tədbirlərdə görmək bizi qürurlandırır. Ümid edirik ki, həm stadionda olan tamaşaçılar, həm də televiziya tamaşaçıları atəşfəşanlıqdan razı qalacaqlar”,- deyə şirkətin rəhbəri Riakardo Kaballer bildirib.

Şirkətdən verilən məlumatda o da bildirilir ki, “Ricasa” fişənglərindən Verakruzda keçirilən Mərkəzi Amerika və Karib hövzəsi dövlətlərinin birinciliyində, Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarında, Sidney Olimpiadasının bağlanışında, eləcə də Braziliya və Meksikada keçirilən Panamerikan oyunlarında istifadə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600