Bahalı maşın nömrələrinin qiymətləri

media-hightechnic-468x90

ggggggggggggggMilli Məclisin növbədənkənar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.

Prestijli avtomobil nömrələrinin qiymətləri də müəyyən olunub.

Bundan sonra fərqli seriyalardan olan 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 kimi nömrələr 1500 manata satılacaq.

Eyni seriya hərfləri olan nömrələrin qiyməti 2500 manat olacaq.

Misal üçün: 90-ЕЕ-005 nömrəsinin qiyməti 2 500 manat, 90-ЕН-005 nömrəsinin qiyməti isə 1500 manat olacaq.

Fərqli seriyalardan olan 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 kimi nömrələrin qiyməti 1000 manatdır. Bu nömrələr eyni seriyalıdırsa, 1500 manat olacaq.

Fərqli seriyalardan olan 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 kimi nömrələrin qiymətləri 500 manatdır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600