Bahalı məhsullardakı BÖYÜK YALAN: "Brendlər əvvəl etibar qazanır, sonra cibinizi soyur"

media-hightechnic-468x90

Cəmiyyətdə geniş yayılmış “bahalıdırsa, deməli yaxşıdır” düşüncəsi hər zaman həqiqəti əks etdirmir. Mütəxəssislər xəbərdarlıq edir ki, yüksək qiymət məhsulun real keyfiyyətinin deyil, çox vaxt marketinq strategiyasının göstəricisidir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən marketinq üzrə mütəxəssis Saday Əlverdiyev qiymət və keyfiyyət anlayışları arasındakı gizli məqamlara aydınlıq gətirib.

media-1765367032949

Ekspertin sözlərinə görə, məhsulun dəyəri təkcə onun istehsalına çəkilən xərclərlə ölçülmür:

“Qiymətqoyma marketinqin mürəkkəb funksiyalarından biridir. Bu prosesdə bazar araşdırması, rəqabət mühiti, brendin gücü və məhsulun bazardakı mövqeyi əsas rol oynayır. Yəni, bir məhsulun bahalı olması onun mütləq keyfiyyətli materialdan hazırlanması anlamına gəlmir”.

Saday Əlverdiyev vurğulayıb ki, istehlakçıların markaya olan inamı qiymət artımının əsas səbəbidir:

“Etibar birbaşa qiymətin bahalığından yaranmır, əksinə, qiymətin yüksəlməsi etibarın formalaşmasının nəticəsidir. Bu gün dünya şöhrətli bahalı markaların heç biri bazara ilk daxil olanda yüksək qiymətlə çıxmayıblar. Onlar əvvəlcə keyfiyyət və istehlakçı etibarı qazanıb, daha sonra bu etibardan istifadə edərək markanı dəyərli və bahalı statusuna çatdırıblar”.

Mütəxəssis bildirir ki, qiymət hər zaman məhsulun etibarlılıq zəmanəti deyil. Bəzən brendlər sadəcə öz nüfuzlarını qorumaq və ya müəyyən bir kütləyə xitab etmək üçün süni şəkildə yüksək qiymət tətbiq edə bilirlər.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa