!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakcell abunəçilərinə bayram sovqatı – PULSUZ 4G Internet

!Reklam – Yazi

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçiləri üçün xüsusi bahar hədiyyəsi hazırlayıb. Novruz bayramı ərəfəsində Bakcell abunəçilərinə 4G şəbəkəsində istifadə üçün 1 Gb PULSUZ İnternet hədiyyə olunacaq.

Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan “Novruz”ahəsr olunmuş xüsusi kampaniya çərçivəsində“Mənim Bakcellim” mobil tətbiqetməsini “Google Play” vəyaxud “Appstore”dan yükləyib qeydiyyatdan keçən hər bir Bakcell abunəçisi 1 Gb PULSUZ İnternet trafikiəldə edəcək. Qeyd edək ki hədiyyə yalnız “Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq.

Pulsuz İnternet 30 gün ərzində yalnız “Bakcell”in supersürətli 4G şəbəkəsində istifadə oluna bilər. Bu kampaniya sayəsində abunəçilər ölkənin ən sürətli və etibarlı 4G şəbəkəsini sınaqdan keçirəcəklər. Kampaniya aprel ayının 15-nə kimi davam edəcək.

Xatırladaq ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell “Mənim Bakcellim” virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verib. Bu innovativ özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac yoxdur. “Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malikdirlər. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Bundan əlavə, mobil əlavədə xidmət mərkəzi nümayəndələri ilə onlayn çat imkanı da nəzərdə tutulub. Qeyd edək ki, 1 il ərzində “Mənim Bakcellim” mobil tətbiqetməsi 240 min nəfərdən çox abunəçi tərəfindən yüklənib.

Kampaniyada iştirak edib PULSUZ internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır. 4G-ni dəstəkləyən SİM kartı olmayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SIM kartını yeni 4G SIM-kartı ilə əvəzləyə bilərlər.

Bakcell şirkəti bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır!

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə

www.yenicag.az

2181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv