!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakcell”dən beynəlxalq innovasiya müsabiqəsinə dəstək

!Reklam – Yazi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “ActInSpace 2018 Azerbaijan” beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərdi. 2014-cü ildən etibarən bütün dünyada təşkil olunan ActInSpace müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Fransiz Universiteti (UFAZ) tərəfindən keçirilib.

Yenicag.az xəbər verir ki, kosmos proqramları sahəsində beynəlxalq nüfuza malik ActInSpace müsabiqəsi Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Kosmik Agentliyi (ESA) və ESA BİC Sud France kimi təşkilatların iştirakı ilə dünyanın 40 ölkəsinin 70 şəhərində keçirilir. Dünyanın istənilən ölkəsindən gələn iştirakçılar üçün açıq olan bu müsabiqənin əsas məqsədi sahibkarlığın inkişaf etdirilməsi və proqram təminatı, verilənlər bazaları və kosmik infrastruktur sahəsində mövcud olan problemlərin həlli yollarının tapılmasıdır.

“ActInSpace 2018 Azerbaijan” UFAZ tərəfindən, Fransanın Azərbaycandakı səfirliyi, Bakcell şirkəti, “IT STEP Academy” və “AIKON Constructions” şirkətinin sponsorluğu və dəstəyi ilə təşkil olunub. Bakının müxtəlif universitetlərindən olan 100-dən artıq tələbədən ibarət komandalar müsabiqədə iştirak etməklə CNES, ESA, Airbus və kosmik sənayesində fəaliyyət göstərən digər təşkilatlar tərəfindən qoyulmuş real həyat tapşırıqları üzərində çalışıblar. Komandalara kosmik texnologiyalar üçün istifadə olunacaq innovativ xidmət və məhsulları fikirləşib öz ideyalarını irəli sürmək üçün 24 saat vaxt verilib.

Mayın 24-də “AIS2018 Azerbaijan” müsabiqəsinin sponsorları və partnyorlarının iştirakı ilə keçirilmiş mətbuat konfransında çıxış edən “Bakcell”in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, şirkət gənc nəslin nümayəndələrin təşəbbüslərini və Azərbaycanda təhsilin inkişaf etdirməsi ilə bağlı layihələri dəstəkləməyə həmişə hazırdır: “İnnovasiyalar Bakcell şirkətinin fəaliyyətində həlledici rola malikdir. Bildiyiniz kimi, Bakcell ölkədə müxtəlif hakaton və startap layihələrin keçirilməsini dəstəkləyən ilk şirkətlərdən olmaqla yanaşı özünün müasir startap inkubasiya mərkəzini yaradıb. Bizim əsas missiyamız Azərbaycanın gənc vətəndaşlarını maarifləndirmək və onlara inkişaf üçün stimul verməkdir. Bu baxımdan AİS təşəbbüsünə dəstək vermək imkandan çox məmnunuq. “Bakcell”i bu layihənin yerli partnyoru qismində seçdiklərinə görə Fransa Səfirliyinə və UFAZ-a öz dərin təşəkkürümüzü bildiririk. Biz əminik ki mütəxəssislərimizin təcrübəsi və dəstəyi yarışma zamanı komandalar üçün olduqca faydalı olacaq”.

Tələbələrin hazırladıqları startap layihələr ekspertlər tərəfindən qiymətləndirilib və iki layihə final mərhələsinə keçib. Qalib komanda Strasburq Universitetinin rektoru Mişel Deneken, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Le Gal və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevdən ibarət münsiflər heyəti tərəfindən seçilib. UFAZ-ın 5 nəfər birinci kurs tələbəsində ibarət “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, UFAZ-ın “Tensor Science” komandası isə ikinci yerin qalibi olub. Qalib komanda iyunun 27-si Azərbaycanı beynəlxalq final mərhələsində ilk dəfə olaraq təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.

Qeyd edək ki, “ActInSpace 2018 Azerbaijan” müsabiqəsinin keçirilməsinə maliyyə dəstəyi göstərən Bakcell həmçinin iştirakçıları texniki məsləhət və təlim dəstəyi ilə təmin edib. Belə ki, Bakcell şirkətinin “AppLab” inkubasiya proqramının ekspertləri və komanda üzvləri iştirakçılara startap layihələrinin hazırlanmasında kömək etmək üçün texnologiya və biznes modeli kimi sahələr üzrə öz təcrübə və bilikləri ilə bölüşüb.

İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

***
Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

www.yenicag.az

2415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv