Bakı 2015 Avropa oyunlarının məşəli Tərtərdə yandırılıb

media-hightechnic-468x90

ea40cfb2c130dc77ca50704257f6aa2cAvropa Oyunlarının məşəli Zərdab rayonundan sonra günün ikinci yarısında Tərtər şəhərinə gətirilib.

media-banner_tuq

Tərtərin Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Daha sonra 10 nəfər rayon sakini estafeti şəhərin mərkəzinə aparıb.

Məşəlçilər 4 kilometr məsafəlik yürüşü Heydər Əliyev prospektində milli liderin heykəli önündə başa çatdırıblar. Sonuncu yürüşçü – boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana məşəli alovlandırıb.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq tərtərlilərə təqdim olunub.

Məşəlin qarşılanma mərasimi konsert proqramı ilə davam etdirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05