“Bakı-2015”: Bağlanış mərasiminə hansı ulduzlar gələcək?

media-hightechnic-468x90

36114Azərbaycanda keçirilən I Avropa Oyunlarının bağlanış mərasimi açılışdan fərqli olacaq. Artıq bununla bağlı rəsmi məlumatlar da verilib. “Bakı-2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqqin sözlərinə görə, Bakı Olimpiya Stadionu bağlanış mərasimi üçün hazırlanmağa başlayıb.

Yayılan məlumatlara görə, bağlanış mərasimində bir neçə dünya şöhrətli müğənilər iştirak edəcək. Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, mərasimə Madonnanın, bəziləri isə Beonce, Castin Timberleykin, Rikki Martinin gələcəyi gözlənilir.

Təbii ki, elit yarışların bağlanış mərasimində dünyaca məşhur ifaçılardan kimin iştirak edəcəyi rəsmi olaraq təsdiqini tapmağınından bütün bunlar versiya olaraq qalır.

Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ənənəvi olaraq bağlanış mərasimi açılışdan fərqli olacağını deyib. O, burada idmançıların təntənəli surətdə bağlanışı həyata keçirəcəklərini bildirib.

Onun sözlərinə görə, tədbir, müəyyən qədər karnavala da bənzəyəcək. Lakin o mərasimdə hansı tanınmışların iştirak edəcəyini açıqlamayıb.

Avropa Oyunları Əməliyyat Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorundan da
azvision.az-ın sorğusuna cavab olaraq bağlanış mərasimində məşhurlardan kimlərin gəlməsinin sirr olduğunu bildiriblər.

Qeyd ediblər ki, Bakıya gələn məşhurların kimliyi iyunun 28-də, yəni bağlanış mərasimi zamanı məlum olacaq.

Xatırladaq ki, Avropa Oyunlarının iyunun 12-də baş tutan açılış mərasimində məşhur pop ulduzu Ledi Qaqa iştirak etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600