“Bakı 2015” Efiopiya mətbuatında
Efiopiyanın “The Ethiopian Herald” qəzetində “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib.
Məqalədə “Bakı 2015” Avropa Oyunlarının başlamasına az bir müddət qaldığı qeyd olunur və Azərbaycanın qədim Atəşgah Məbədində xüsusi mərasim zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məşəlin qəbul edilməsinin Avropa Oyunlarının ən yüksək hazırlıq həddinə çatdığının göstəricisi olduğu bildirilir.
Məqalənin müəllifi 6000 idmançını bir araya toplayacaq bu möhtəşəm oyunları izləmək üçün dünyanın müxtəlif yerlərindən insanların Bakıya axışacağını bildirir. Məqalədə Azərbaycan Respublikasının Efiopiyadakı səfiri və Afrika İttifaqı yanındakı Daimi nümayəndəsi Elman Abdullayev “Bakı 2015” İlk Avropa Oyunlarının bütün dünya üçün möhtəşəm və əzəmətli bir tədbir olacağını bildirir. O, Avropa Oyunlarını keçirilməsi üçün Azərbaycanın ən müasir idman infrastrukturuna malik olduğunu oxucuların diqqətinə çatdırır. Məqalədə Azərbaycan səfiri Afrika oxucularına məşəlin Azərbaycanın bölgələrinə səfər etdiyi barəsində məlumat verir.
Məqalədə eləcə də Olimpiya Stadionu və keçirilməsi nəzərdə tutulan tədbirlərə barəsində ətraflı məlumat verilir(azadinform).