Bakı Dövlət Yol Polisindən xəbərdarlıq

media-hightechnic-468x90

lklkKamran Əliyev: “Piyada heç vaxt cərimə olunan vaxt cərimə edən şəxsə pul ödəyə bilməz”

Piyadaların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi öz həyatlarını və sürücülərin həyatını təhlükə altına qoyduqları üçün “Yol hərəkəti haqqında” qanunda dəyişikliklərə əsasən piyadalar yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Bakı Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev piyadaların hansı halda cərimələnməsinin edilən dəyişikliyə əsasən qanuni olması haqqında “Yeni Müsavat”a danışdı:Piyadalar yol hərəkəti qaydalarının pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İnsanların müəyyən olunmayan yerlərdən keçdiyinə görə 20 manat miqdarında cərimə olunurlar. Əfsuslar olsun ki, bəzi piyadalarımız “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsinə əməl etməmələri nəticəsində cərimə olunduqda, bəzən bunu xəbərdarlıqla da kifayətlənə biləcəyini söyləyirlər. Amma onu deyim ki, qanunvericilikdə piyadalar tərəfindən yol hərəkəti qaydalarını pozulmasına görə yalnız cərimə nəzərdə tutulub. Bu cərimələr də yeraltı, yerüstü keçidlərin olduğu ərazilərdə qaydaları pozan piyadalara tətbiq olunur. Ona görə də piyadalarımız diqqətli olmalıdırlar. Yeraltı, yerüstü keçidlərimiz olan ərazilərdə yolun hərəkət hissəsinə çıxaraq, həm özlərini, həm də digər əks tərəfdə olanların həyatını təhlükə altına qoymamalıdırlar.” 

“Yol hərəkəti qaydaları pozan şəxs cərimə olunarsa, həmin cəriməni yerindəmi ödəməlidir” sualına isə Kamran Əliyev belə cavab verdi: “Əgər həmin piyadanın üstündə plastik kart varsa, o, həmin cəriməni post-terminal vasitəsi ilə yerində ödəyə bilər. Amma yerində ödəmək imkanı olmazsa, yəni plastik kartı yoxdursa, o halda bir gün ərzində mərkəzi informasiya sisteminə həmin bu informasiya ötürülür. Cərimə olunan gün tərtib olunan inzibati xəta haqqında protokolun surəti ona verilir. İstənilən vaxt piyada da banka və ya poçt şöbələrinin birinə yaxınlaşıb, protokolun surətini təqdim etməklə, və yaxud da onun nömrəsini deyib cəriməni ödəyə bilər. Əgər piyada bir gün ərzində ödəyirsə, 10 faiz güzəşt olunur, üç gün ərzində ödəyə bilməsə, təyin olunan məbləği ödəməlidir. Bəzən elə olur ki, piyadalar elə bilir ki, cərimə yazılan kimi tez gedib ödəmək olur. Ancaq elə deyil. Həmin gün o bankda öz cəriməsini görə bilməz. Çünki bu sistemin protokolda olan informasiyanın mərkəzi informasiya sisteminə ötürülməsi bir gün vaxt lazımdır. Yalnız bu halda bankda ödəniş görünə bilər. Bir şeyi də qeyd edim ki, piyada heç vaxt cərimə olunan vaxt cərimə edən şəxsə pul ödəyə bilməz. Əgər bunun üçün yaxınlıqda xüsusi köşk varsa, yəni həmin köşklər nəğd pul qəbul edir. Həmin köşklərdə cəriməni həmin an ödəyə bilər. Köşk yoxdursa, o əməkdaşa nəğd pul ödəyə bilməz. ”

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə görə, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Yol hərəkəti qaydasını pozan piyada barəsində yerində protokol tərtib edilir. Yol hərəkəti qaydalarını pozan şəxslər İncibati Xətalar məcəlləsinin tələblərinə uyğun olaraq 20 manat cərimələnir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600