FETÖ-nün yeni Azərbaycan planı – "Ev söhbətləri"ni bərpa edən "fətullahçı"ların yeni hədəfi 

media-hightechnic-468x90

“Fətullahçı” terror təşkilatının (FETÖ)“yeni süleymançı” kartı barədə məlumat vermişdik. Belə ki, hazırda Almaniyada yaşayan “fətullahçı”lar daha rahat hərəkət etmək üçün “süleymançı” kimi davranır, bu camaatın lideri Alihan Kuriş də vəziyyətdən narahat deyil. 

Bu səbəbdən də Türkiyənin müvafiq qurumlarında bu iki şəbəkənin birlikdə hərəkət etdiyinə dair ciddi əsaslar var və “süleymançılar” da dövlətin “qara siyahı”sına alınıblar.

Təbii ki, Alihan Kurişin bu riski gözə almasında alman kəşfiyyatının dəstəyi ilə birlikdə Güləndən sonra terror təşkilatının əsas liderlərindən olan Abdullah Aymaz ilə münasibəti də ciddi rol oynayır. Abdullah Aymaz vasitəsi ilə FETÖ-nün bir sıra iqtisadi rıçaqlarına çıxış əldə edən Kuriş təkcə Aimaniyada deyil, dünyanın bir sıra nöqtələrində onların adının “fətullahçılar” tərəfindən istifadəsinə göz yumur. O cümlədən Azərbaycanda….

Yenicag.az xəbər verir ki, FETÖ-nün azərbaycanlı və türkiyəli müridləri artıq “Ev söhbətləri”ni də bərpa ediblər.

Terror təşkilatının ən önəmli təbliğ vasitələrindən olan “Ev söhbətləri” FETÖ-nün böyüməsində və kilid isimləri öz tərəflərinə çəkməsində mühüm rol oynayır. Aşağı-yuxarı əksər dini camaatlarda olan “söhbət” daha çox təzə üzvlərin “verbovka”sında və köhnələrin bu toplantı sayəsində informasiya alış-verişi etməsi üçün önəmlidir.

FETÖ 15 iyul çevriliş cəhdindən sonra Azərbaycan və digər bölgələrdə bu “söhbətlər”i qadağan etsə də, artıq “yeni süleymançılar” cildində onları bərpa edirlər.

Əsasən, biznes strukturlarında çalışanları yenidən aktiv edən FETÖ tədricən digər sahələrdəkiləri də aktiv vəziyyətə gətirməyi planlayır.

FETÖ bir müddət burada bütün hücrələri passiv hala gətirsə də, hazırda o hücrələr nəzərəçarpacaq dərəcədə aktivləşiblər. Öncədən Naci Tosuna bağlı olan Azərbaycan “fətullahçılar”ı indi yeni qərarla Abdullah Aymaza bağlanıblar. Naci Tosun daha ehtiyatlı hərəkət edirdi, lakin Abdullah Aymaz az itirilən bütün nöqtələrin bərpasında israrlıdır. O baxımdan, bütün hücrələr aktivləşdirilib. Ölkədə gedən prosesləri manipulyasiya edərək daha da güclənməyi hədəf seçən FETÖ özlərinə əngəl ola biləcək dövlət adamlarını da  etibarsızlaşdırma siyasəti yürüdürlər.

Vaxtilə Ramiz Mehdiyevlə çox yaxın əlaqədə olanların deyil, hətta onun qarşısında olan bir çox şəxsin adının üsyançı akademiklə birlikdə hallandırılması da ənənəvi FETÖ taktikasıdır.

Qeyd edək ki, hələ bir müddət öncə Türkiyə Polis Akademiyasının yaydığı FETÖ hesabatında Azərbaycanla bağlı bu sətirlər yer almışdı: “Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana FETÖ ilə bağlı ən ciddi dəstək olan dövlət rəhbərlərindəndir. Ancaq, təəssüf ki, Azərbaycanda da dövlət idarələrində yüksək vəzifədə olanların bir çoxu hələ də FETÖ mövzusunun ciddiliyini tam başa düşmür. Ümumiyyətlə, pulun çox dövr etdiyi sahələrə rəhbərlik edənlərin bir qismi bu gün də bu bürokratik şəbəkə ilə mənfəət əlaqələri saxlayır. …FETÖ Azərbaycandakı öz adamlarının önünü açmaq üçün bu ölkəyə gedən, FETÖ-yə mənsub olmayan şəxsləri gözdən və nüfuzdan salmağa çalışmışdır”.

Mövzu diqqətimizdədir.

“Yeni Çağ” Analitik Qrupu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa