TDT Media Forumunun ÖNƏMİ: "Türk dünyasında informasiya əməkdaşlığı yeni mərhələyə keçib"

media-hightechnic-468x90

“Bu toplantı həm TDT-nin media sahəsində strateji xəttini gücləndirir, həm də gələcək illərdə həyata keçiriləcək ortaq layihələr və əməkdaşlıq mexanizmləri üçün səmərəli əsas yaradır”.

Bunu Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Bakıda keçirilən Media Forumunun əhəmiyyətindən danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Yenicag.az-a açıqlamasında deyib.V.Zifəroğlu bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya sahəsinə cavabdeh nazirlərinin və yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçirilən 7-ci toplantı çərçivəsində təşkil olunan Media Forumu türk dünyasında informasiya əməkdaşlığının yeni mərhələyə keçidini nümayiş etdirən mühüm platformadır:

“Son dövrdə qlobal informasiya mühitində artan təhlükələr – dezinformasiya, kiber təhdidlər, xaricdən yönləndirilən təsir kampaniyaları türk dövlətlərinin ortaq, koordinasiyalı media siyasətinə olan ehtiyacı daha da artırıb. Forum məhz bu ehtiyaclara cavab vermək məqsədilə təşkil olunub.

Tədbirin panel müzakirələri informasiya təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal medianın yaratdığı yeni imkanlar və çağırışlar, habelə türk dövlətləri arasında media sahəsində institusional əməkdaşlığın genişləndirilməsi kimi strateji mövzulara fokuslanıb. Xüsusilə “qlobal informasiya təhdidlərinə qarşı dayanıqlılıq”, “rəqəmsal media mühitində inteqrasiya”, “birgə media layihələrinin təşkili” kimi mövzular müasir dövrün tələblərinə uyğun prioritetlər kimi qiymətləndirilib”.

Dekanın sözlərinə görə, forum həmçinin TDT çərçivəsində media siyasətinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayıb:

“Üzv dövlətlər arasında ortaq media standartlarının formalaşdırılması, məlumat mübadiləsinin intensivləşdirilməsi, medianın peşəkarlıq səviyyəsinin artırılması və yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi kimi mövzular praktiki əməkdaşlıq üçün yeni perspektivlər açır.

Ümumilikdə, Media Forumu türk dünyasında informasiya məkanının daha sıx inteqrasiyası, milli dəyərlərə uyğun kontentin təşviqi və region ölkələrinin qlobal informasiya təhdidlərinə qarşı koordinasiyalı şəkildə çıxış etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu toplantı həm TDT-nin media sahəsində strateji xəttini gücləndirir, həm də gələcək illərdə həyata keçiriləcək ortaq layihələr və əməkdaşlıq mexanizmləri üçün səmərəli əsas yaradır”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa