Ukrayna Saratovdakı neft emalı zavoduna, eləcə də bir sıra digər obyektlərə zərbə endirib

media-hightechnic-468x90

Ukrayna Rusiyanın Saratovdakı neft emalı zavoduna, eləcə də bir sıra digər obyektlərinə zərbə endirib

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “UNIAN“ Ukrayna ordusunun Baş Qərargahına istinadən məlumat yayıb.

 

Benzin, mazut, dizel yanacağı, texniki kükürd və digər məhsullar da daxil olmaqla 20-dən çox neft məhsulu istehsal edən müəssisə Rusiya ordusunun tələbatının təmin olunmasında iştirak edir.

Eyni zamanda Krımdakı “Saki” aerodromunda Rusiya ordusuna məxsus PUA-ların saxlanıldığı anbar də vurulub. İlkin məlumata görə, bir neçə hava hücumundan müdafiə sistemi – “Pantsir-S1” və “Tor-M2” – məhv edilib.
“Orion” və “Forpost” pilotsuz uçuş aparatlarının saxlandığı anqar da məhv edilib.

Həmçinin Donetsk və Luqansk bölgələrində Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi ərazilər və yanacaq-sürtkü materialları anbarları da vurulub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05