İki vəzifəli şəxs cərimələndi

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən “Money Shop” və “MMK-014” MMC-lərin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Yenicag.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb. Odur ki, hər iki şirkətin vəzifəli şəxsləri ayrı-ayrılıqda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 manat cərimələnib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa