Qanundakı boşluqlar sürücülərə cərimə olaraq geri dönür: "Dəqiq maddələr tərtib edilməlidir" - VİDEO

media-hightechnic-468x90

Qanundakı boşluqlar səbəbindən polis bəzən haqlı, bəzən isə əsassız cərimələr tətbiq edir.

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.media-elmeddin45-1

Ekspert avtomobillərdə yaranan ani texniki nasazlıqlarla bağlı mövcud qanunvericiliyin qeyri-müəyyənliyini diqqətə çatdırıb.

O bildirib ki, bəzi nasazlıqlar avtomobilin idarə olunmasını məhdudlaşdırsa da, sürücünün problemi qısa zamanda aradan qaldırmaq imkanı olduğu hallarda cərimə tətbiq edilməsi mübahisə doğurur.

“İşıq və səs siqnallarının və ya şüşəsilənlərin işləməməsi nəqliyyat vasitəsinin istismarına mane olur, lakin bəzi qüsurlar sürücü tərəfindən yerindəcə aradan qaldırıla bilir. Buna baxmayaraq, qanunda yer alan “aradan qaldırılması mümkün olmadıqda cərimə tətbiq edilir” müddəasının qeyri-dəqiqliyi müxtəlif şərhlərə səbəb olur. Bu kimi halların qarşısını almaq üçün qanunvericilik bütün texniki nasazlıqlar üzrə daha dəqiq və birmənalı şəkildə maddələr tərtib edilməlidir”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa