Könül onların bostanına DAŞ ATDI: “Həyasızlıq nə vaxtdan səmimiyyət olub?”
“Maskalanır, həyasızlıq edir, adını da qoyur səmimiyyət…”
Bu sözləri Yenicag.az-a açıqlamasında aktrisa Könül Yusifqızı deyib.
O, sosial şəbəkə və efirlərdə həyasızlıqla səmimiyyəti dəyişik salanlarla bağlı tənqidi fikirlər səsləndirib:
“Baxırsan efirlərə, sosial şəbəkələrə ancaq hay-küy, qışqırıq, dava… Söyüşün biri bir qəpikdən… Adını da qoyublar səmimiyyət. Bizim cəmiyyətdə səmimiyyət yoxdur, o ki, qaldı efirlər, sosial şəbəkələr. Əksər insanlar qeyri-səmimidir, maska altında gəzir. Belə olan halda, hansı səmimiyyətdən danışmaq olar? Həyasızlığın adını necə səmimiyyət qoymaq olar? Reytinq xatirinə dava-şava salır, qışqırıb səsini başına atır, sonra da əməlinə bəraət qazandırır, deyir, mən səmimiyəm, sözü üzə deyirəm. Açıq şəkildə etiraf edin ki, özününüzü reklam etmək üçün həyasızlıq edirsiniz. Onsuz da kənardan hamı bunu görür. Elin gözü tərəzidir, bunu unutmayın. Belə şeylərə görə çox məyus oluram”.
Cəvahir












