!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı əhalisinin sayı açıqlandı

!Reklam – Yazi

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11 min 300 nəfər artaraq oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273 min 900 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 1062 nəfər olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 22494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 təşkil edib. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.

Cari ilin doqquz ayı ərzində Bakı şəhərində 9980 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 11304 nikah və 3611 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,7 boşanmaların sayı isə 2,1 olub.

www.yenicag.az

3644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv