Bakı Hava Limanında bədbəxt hadisə

media-hightechnic-468x90

aeroportt0Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

“Report”un xəbərinə görə, aeroportun əməkdaşı 21 yaşlı Ağadadaşov Qalibbəy Mahmud oğlu sürətlə hərəkət edən zaman qapıdakı iri şüşəni görməyib nəticədə o, şüşəyə çırpılıb. Q.Ağadadaşov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Q.Ağadadaşovun dediyinə görə, hadisə vaxtı vətəndaşlardan birinə məxsus pasporta baxa-baxa sürətlə hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa