Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı, Masallı və Salyan sakinlərindən narkotik götürüldü

Bakı, Masallı və Salyan sakinlərindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəriblər kənd sakini, əvvəllər məhkum olunmuş E.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 395 qram marixuana götürülüb.

Bundan başqa Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Gülməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 150 qram tiryək və 555 qram heroin aşkar edilərək götürülüb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 445 qram marixuana götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

353
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100