!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı mavi rəngə büründü - SƏBƏB / FOTO

!Reklam – Yazi

Aprelin ikisində “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, autizm həyatın ilk üç ilində özünü göstərən və cinsdən, irqdən və ya sosial-iqtisadi statusdan asılı olmayan qalıcı neyroinkişaf pozulmasıdır. BMT autizm spektr pozuntusundan əziyyət çəkən insanlara kömək etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə bütün dünyada aprel ayını Dünya Autizm Maarifləndirmə Ayı, iki aprel tarixini isə Dünya Autizm Maarifləndirmə Günü elan edib.

Hazırda autizm spektr pozuntusu olan insanlar dünya əhalisinin təxminən bir faizini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, autizmli uşaqların sayı hər il 13 faiz artır. Autizm spektr pozulmalarının səbəbləri hələ də araşdırılır, lakin bunun əsas səbəbinin genetik və ekoloji, yəni irsiyyət və ətraf mühit faktorları olduğu deyilir.

Aprelin ikisini ixtisaslaşmış dövlət və ictimai təşkilatlar autizmlə bağlı məlumatların yayılmasına, məsələn, mühazirələrin keçirilməsinə və ya bukletlərin nəşrinə həsr edirlər. Həmçinin hər il müəyyən mövzuya həsr olunan gün çərçivəsində autizmli insanların qəyyumluq, müstəqillik və hüquq qabiliyyəti məsələləri ilə bağlı strategiya və yanaşmaların müzakirəsi məqsədilə konfranslar keçirilir.

Son illərdə Azərbaycanda uşaqlarda erkən yaşlarda başlayan autizm spektr pozuntusuna diqqətin artırılması istiqamətində geniş addımlar atılır. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, yerli media, bir sözlə cəmiyyətin müxtəlif quruluşlarının nümayəndələrinin diqqətini autizmə cəlb etmək, dövlət dəstəyi mexanizmlərini hazırlamaq üçün qüvvələrini səfərbər ediblər.

“Birgə və Sağlam” İctimai Birlik dövlətin bu istiqamətdə gördüyü işlərə dəstək məqsədilə autizm spektr pozuntusu olan şəxslərin təhsili, cəmiyyətə inteqrasiyası, ailələrin dəstəklənməsi və ictimaiyyətin maarifləndirilməsi sahəsində daim tədbirlər keçirir. İndiyədək bir sıra dövlət və özəl qurumların dəstəyi ilə bir çox maarifləndirmə tədbirləri həyata keçirilib. Həmin tədbirlər autizmin simvolik ayı hesab olunan apreldə daha intensiv şəkildə olur. Bu il də ictimai birlik ənənəyə sadiq qalaraq aprel ayını bir sıra tədbirlərlə qeyd edəcək.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-ın “Autism Speaks” təşkilatı tərəfindən başladılan və indiyədək altı qitə, 136 ölkə və 600 şəhərdə icra edilən “Mavi işıqla işıqlandır” (Light It Up Blue) layihəsinə Azərbaycan da ən yüksək səviyyədə dəstəyi ilə qoşulub. Bu il də bu layihənin reallaşmasında təşkilata Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi, Regional İnkişaf İctimai Birliyi dəstək verir. Layihə çərçivəsində Bakının görkəmli inşaat obyektləri və memarlıq abidələri mavi rənglə işıqlandırılaraq cəmiyyətə çağırış edilir. Ötən illərdə olduğu kimi aprelin ikisində “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal”, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi kimi obyektlər və memarlıq abidələri mavi rənglə işıqlandırılıb.

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv