Bakı metrosunda cibgir saxlanıldı

media-hightechnic-468x90

Bakı Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində ictimai nəqliyyatda cibgirlik edən şəxs cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 13-də saat 18.30 radələrində metronun “Nizami” stansiyasında qatarda sərnişinlərdən birinin cibindən pulunu oğurlayan şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhim Qasımov olduğu müəyyən edilib. Vətəndaşın cibindən oğurlanmış 38 manat maddi sübut kimi götürülüb.

R.Qasımov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600