Bakı metrosunda kişi özünü qatarın altına atıb – YENİLƏNİB

media-hightechnic-468x90

metroBakı metrosunda özünü qatarın altına atan şəxs xilas edilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya bildirib ki, araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin 1989-cu il təvəllüdlü Sadıxov Murad Məhəmməd oğlu olması müəyyən edilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

***

Bakı Metrosunda daha bir insident olub.

APA-nın məlumatına görə, hadisə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında qeydə alınıb. 30-35 yaşlarında kişi özünü qatarın altına atıb. Maşinistlər qatarı vaxtında dayandıra bildiyindən ona heç nə olmayıb.

Hazırda intihara cəhd edənin kimliyi və bu addımı atmasının səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, Bakı metrosunda dünən də analoji hadisə baş vermişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600