Bakı metrosunda ölüm hadisəsi

media-hightechnic-468x90

82588Bir neçə dəqiqə bundan əvvəl – saat təxminən 17 radələrində metronun “Koroğlu” stansiyasında bədbəxt hadisə baş verib. Metrodan çıxan 60-65 yaşlarında bir kişi eskalatora minməyə hazırlaşarkən qəfildən yerə yıxılıb. Ətrafdakı insanların yardımına baxmayaraq həmin şəxs bir neçə dəqiqənin ərzində keçinib.

Əməkdaşımızın dediyinə görə, ətrafdakı adamlar dərhal polisə və təcili yardıma zəng vurublar:

“Təcili yardım maşınının ora gəlib çatması haradasa 15-20 dəqiqə çəkdi. Həkimlər briqadası gələndə kişi artıq ölmüşdü. Təcili yardım həkimləri onun boğulmadan və ya infarktdan öldüyünü güman etdiklərini dedilər. Onların ehtimalına görə, mərhum ya ürək tutmasından vəfat edib, ya da astma xəstəsi olub və boğulmadan keçinib”.

Mərhumun meyiti təcili yardım maşını ilə tibbi ekspertizaya aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600