Bu gün səhər saatlarında Bakı-Moskva reysi ilə uçan sərnişin təyyarəsi Kazandakı ehtiyat aerodroma yönləndirilib.
Yenicag.az-a xəbər verir ki, bu barədə Kazan hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Moskvaya uçan səkkiz reys Kazandakı ehtiyat aerodromuna yönləndirilib.
“Martın 11-də saat 5:20-dən 8:50-dək (…) Bakı, Oş, Kulyab, İrəvan, eləcə də Novokuznetsk, İrkutsk və Omskdan isə 3 təyyarə Kazan Beynəlxalq Hava Limanındakı alternativ aerodromuna gəlib”, – məlumatda deyilir.
Alternativ aerodroma getməyə səbəb Moskva hava qovşağının aeroportlarında tətbiq edilən müvəqqəti məhdudiyyətlər olub.
Qeyd edək ki, gecə saatlarında Ukrayna ordusunun Moskva vilayətinə kütləvi PUA hücumu səbəbindən Rusiya paytaxtının və digər şəhərlərinin hava limanlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdi. Hazırda hava limanları fəaliyyətini bərpa edib. Hava limanlarında qoyulan məhdudiyyətlər Moskva vaxtı ilə saat 9:15-dən etibarən aradan qaldırılıb.
www.yenicag.az