Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza baş verib-Foto

media-hightechnic-468x90

4c9a70677e140c5980b5fafb304ee37cBakı-Qazax magistral yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə mayın 23-də saat 03:00 radələrində baş verib.

Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Aftandil Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Qəza zamanı sürücü ölüb, avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Mayıl Haqverdiyev ağır yaralanaraq Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600