Bakı-Qazax yolunda “Reno” aşdı-5 nəfər xəsarət aldı

media-hightechnic-468x90

publika.az1397292007qeza3Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə mayın 15-də saat 07 radələrində magistral yolun Göygöl rayonunun Hacıməlik kəndindən keçən hissəsində qeydə alınıb. Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz Hüseynov idarə etdiyi “Reno” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, 1964-cü il təvəllüdlü Ənvər İbrahimov, 1977-ci il təvəllüdlü Mahir Quliyev, 1996-cı il təvəllüdlü Emin İbrahimov və 1965-ci il təvəllüdlü Əjdər Mirzalıyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onlarda Ə. Mirzalıyevin vəziyyətinin ağır, digərlərinin vəziyyətinin isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600