Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? - AÇIQLAMA

media-hightechnic-468x90

Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.

Yenicag.az-ın məlumatına görə, bunu “Azərbaycanda Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.

Onun sözlərinə görə, qatar istifadəyə tam hazırdır:

“Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə də, Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib”.

 

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat veriləcəyini bildirib.

“Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytımızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600