Bakıda quldurluq hadisəsi baş verib.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Təhməzov iyunun 5-də Naximov küçəsində 3 nəfərin onun baş nahiyəsinə yumruqla vuraraq içərisində 640 manat pul, 380 manat dəyərində qulaqcıq, adaptor və geyim əşyaları olan çantasını aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər – paytaxt sakinləri V.Xəlilov, O.İsmayılov və Ə.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
www.yenicag.az