!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakı və İrəvanla əlaqə saxlanılıb” – İran parlamentindən açıqlama

!Reklam – Yazi

Biz hər hansı bir münaqişənin əleyhinəyik. Bölgədə müharibə olmamalı, Ermənistanla sərhədimiz bağlanmamalıdır.

Yenicag.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Əbülfəzl Əmui deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz dünyanın mühüm geosiyasi regionlarından biridir və beynəlxalq aləmdə ona böyük diqqət yetirilir:

“Bu bölgənin qonşuluğunda yerləşirik və orada baş verən proseslərə çox həssasıq. Son vaxtlar belə informasiyalar peyda oldu ki, Azərbaycanın Ermənistana müdaxiləsi ehtimalı var. İslam Respublikası tərəflər, yəni Azərbaycan və Ermənistanla əlaqə saxlayıb və hər hansı bir hərbi əməliyyat planının olmadığı artıq aydındır. Təbii ki, İslam Respublikası hərbi elitası məlumatlıdır və məsələnin izlənməsi gündəmdədir.

Ə. Əmui bir daha rəsmi Tehranın mövqeyini xatırladıb: Mövqeyimiz bəllidir. Birincisi, sərhədlərimizdə münaqişənin olmasını istəmirik və məsələləri güc yolu ilə həll etmək mümkün deyil. Mübahisə varsa, siyasi dialoq yolu ilə həll edilməlidir.

O əlavə edib: “Regiondankənar tərəflərin təhrikini rədd edir və hesab edirik. Üçüncü məqam ondan ibarətdir ki, regionun geosiyasətində və beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etmirik və bu, İranın milli maraqlarına ziddir. Biz təkid edirik ki, İranı Şərqi Avropa ilə Ermənistan vasitəsilə birləşdirən marşrut digər marşrutlarla yanaşı açıq qalsın”.

Parlament komitəsinin sözçüsü vurğulayıb: “İran Ermənistanı tarixi qonşularından biri və Ermənistanla yalnız birbaşa sərhəd əlaqəsini özünün prioriteti və milli maraqları hesab edir. Bütün xarici tərəflər bilir ki, İslam Respublikası öz milli maraqlarını müdafiə etmək üçün lazımi vasitələrə və imkanlara malikdir.

Mövqeyimiz tərəflərə çatdırılıb. Təkliflərdən biri də İran, Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan, yəni “3+3″ formatının aktivləşdirilməsidir”.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv