Bakıda 10000 nəfərə Brilliant payladılar-Fotolar
ADDIMın Yol Təhlükəsizliyi gecəsi
Brilliant Dadaşova 10000 nəfərə Brilliant bağışladı
3 May saat 19:00 tarixində Park Bulvar AVM-də ADDIM Gənclər Təşkilatının Nəqliyyatın İntelektual İdarəetməsi Mərkəzi,Norveç krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırladığı “Yol Təhlükəsizliyi” layihəsinin yekun tədbirini keçirdi. Layihənin məqsədi məqsədi Azərbancan Gənclərini və ümumilikdə cəmiyyətimizi yol təhlükəsizlik qaydaları haqqında məlumatlandırmaq, yol qəzalarının ağır nəticələrini göz önünə gətirməklə daha çox insanların yol təhlükəsizliyi məsələrinə həsas yanaşmasına nail olmaqdan ibarətdir. Layihə “Biz sizə Brilliant verəcəyik” şüarı altında həyata keçirilirdi və layihənin siması isə xalq artisti Brilliant Dadaşova idi. Səhnə və tədbir məkanı Brilliant xanımın layihə üçün hazırlanan posterlərı ilə bəzədilmişdi. Layihə çərçivəsində “Yol Təhlükəsizliyi”ilə bağlı creativ geyimlər müsabiqəsinə qatılan 78 gənc modelyerdən dörd nəfəri – Zamiq Cəfərli, Rufanə Rufullazadə, Nərmin Hümbətova, Nurbəniz Mərdiyeva diplomlar və hədiyyələrlə təlhif olundu. Layihənin ssenari müsabiqəsinin qalibi isə Fuad Rəsulzadə oldu. Tədbirdə açılış sözü təşkilatın rəhbəri Hüseyn Cavadzadə etdi, layihə haqqında ətraflı məlumat verdi.
Tədbirdə Nəqliyyatın İntelektual İdarəetməsi Mərkəzinin nümayəndəsi Şəfa Mehmanqızı, Norveç krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi Kerstin Valberg ,Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, Park Bulvar AVM-in nümayəndəsi Günay Malikqızı iştirak etdi. Tədbir iştirakçıların layihənin əhəmiyyətindən danışdı, Gənclərə yol hərəkəti qaydalarını pozmamağa, piyadaları ehtiyatlı olmağa, qaydalara riayət etməyə çağırdılar və ADDImın yeni işlərində uğurlar arzuladı. Tədbir müddətində ADDIM təşkilatın könüllü komandası iştirakçılara , qonaqlara yol təhlükəsizliyinin simvolu olaraq “brilliant şəkilli” reflektorlar payladı. Gecədə layihənin siması olan xalq artisti Brilliant Dadaşovanın musiqili çıxışı alqışlarla qarşılandı.