Bakıda 12 marşrut xəttinə əlavə 20 avtobus cəlb edildi

media-hightechnic-468x90

Bakıda 12 marşrut xətti üzrə sərnişindaşımaya əlavə 20 avtobus cəlb edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Ümumilikdə 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus buraxılıb. Bunlar 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətləridir.

Hazırda müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1 886-dır. Ötən ilin eyni dövründə bu say 1 697 olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600