Bakıda yeniyetmə oğlan itkin düşüb.
Yenicag.az-ın məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib.
Rayonun M.Hadi küçəsi, ev 9, mənzil 122-də yaşayan 2002-ci il təvəllüdlü Kərimov Tural Kamran oğlu oktyabrın 23-də səhər saat 9 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
T.Kərimovun anası hadisə barədə Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət edib.
Faktla bağlı araşdırmalara başlanıb.