Bakıda 20 yaşlı gənc hündürlükdən yıxıldı – FOTO

Bakının Yasamal rayonunda binadan yıxılan şəxs ağır xəsarət alıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsində yerləşən beşmərtəbəli binanın yaxınlığında baş verib.

1999-cu il təvəllüdlü Hüseynov Fuad Müqabil oğlu hündürlükdən yıxılaraq yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F.Hüseynova qapalı kəllə-beyin travması, onurğa sütununun sınması diaqnozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, yaralı affekt vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

COP29