Bakı və Ankara regionun təhlükəsizliyi üçün hərəkətə keçdi: Yeni memorandumun DETALLARI

media-hightechnic-468x90

“Bu sənəd Azərbaycan və Türkiyənin güc strukturları arasında regionda təhlükəsizliyin təmin olunmasına, həmçinin hər iki qardaş ölkənin müxtəlif qoşun növləri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-edalet-e1617183922851-1024x576

O, Azərbaycan və Türkiyə arasında imzalanan hərbi memorandumun əhəmiyyətini şərh edib.

Ekspert bildirib ki, iki ölkə arasında demək olar ki, bütün dövlət strukturları üzrə qarşılıqlı əməkdaşlıq haqqında sənədlər mövcuddur:

“İki qardaş ölkənin hərbi strukturları arasında yeni memorandumun təsdiqlənməsi gözlənilən idi. Sənəd daha əvvəl hər iki ölkə prezidenti tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hazırlanıb. Memorandum Azərbaycan və Türkiyənin güc strukturları vasitəsilə regionda təhlükəsizliyin qorunmasına, eləcə də müxtəlif qoşun növləri arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək”.

 Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa