Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 

media-hightechnic-468x90

Bu günə qədər Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, küçələrə adları verilən şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Vətən müharibəsi qəhrəmanı fəxri adıyla və ya müxtəlif ordenlərlə təltif olunanlardır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa