!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 53 yaşlı kişi öldürüldü: Saxlanılan var

!Reklam – Yazi

Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Yenicag.az-a Sabunçu rayon prokurorluğundan bildirilib.

Oktyabrın 25-də 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Adil Əsgərovun Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Firdovsi Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Adil Əsgərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

COP29

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv