Bakıda avtobus qəzası - Yaralılar var

media-hightechnic-468x90

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun “28 may” stansiyasının yaxınlığında baş verib.

“BakuBus” MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu “KİA” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sərnişin avtobusunda olan sərnişinlərdən 2-si, “KİA” markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05