Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakıda avtobus qəzaya düşdü - Ağır yaralı var

Bakıda marşrut avtobusu “Toyota” markalı minik avtomobili ilə toqquşub.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib. “Toyota” markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.

www.yenicag.az

6164
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM